“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qalib gəlib
Almaniyanın paytaxtı Berlində “Kuc Boxing Promotion” şirkətinin təşkilatçılığı ilə “Internationale Profi-Boxgala Vol.8” beynəlxalq peşəkar boks turniri keçirilib. SİA xəbər verir ki, turnirdə Azərbaycanı Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü Kənan Hüseynəliyev təmsil edib. İdmançımız turnirdə Almaniyanı təmsil edən Atilla Kayabaşı ilə qarşılaşıb. Gərgin idman mübarizəsində şəraitində keçən qarşılaşmada Kənan Hüseynəliyev ilk raunddan əldə etdiyi üstünlüyü döyüşün sonuna qədər qoruyub saxlayaraq qələbə qazanıb. Azərbaycan diasporunun üzvləri tribunalardan idmançımıza fəal dəstək nümayiş etdiriblər. Boksçumuzun qələbəsi həmyerlilərimiz tərəfindən böyük coşqu ilə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə