“Bavariya” Münxendə “Borussiya Dortmund”a qalib gəlib

“Bavariya” klubu Bundesliqanın yeddinci turunda doğma meydanda “Borussiya Dortmund” ilə qarşılaşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə münxenlilər 2:1 hesabı ilə qalib gəliblər.

Qarşılaşmada hesabı 22-ci dəqiqədə Harri Keyn açıb. Oyunun 79-cu dəqiqəsində Mişel Olise fərqi iki topa çatdırıb. Lakin beş dəqiqə sonra “Borussiya Dortmund”un yarımmüdafiəçisi Yulian Brandt bu qollardan birinin əvəzini çıxıb - 2:1. Görüş bu hesabla da başa çatıb.

Turun bu gün keçirilən digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Köln” - “Auqsburq” - 1:1

“Haydenhaym” - “Verder Bremen” - 1:1

“Maynts” - “Bayer Leverkuzen” - 3:4

“Leyptsiq” - “Hamburq” - 2:1

“Volfsburq” - “Ştutqart” - 0:3.

Bu turun açılış matçında “Union Berlin” paytaxtda “Borussiya Mönxenqladbax”ı 3:1 hesabı ilə məğlub edib. Bundesliqanın 7-ci turuna sabah keçiriləcək “Frayburq” - “Ayntraxt” və “St Pauli” - “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.

Beləliklə, 7 turdan sonra “Bavariya” maksimum nəticə - 21 xalla çempionata liderlik edir. “Leyptsiq” 16 xalla ikinci, “Ştutqart” 15 xalla üçüncü sırada qərarlaşıb. Aktivində 14 xal olan “Borussiya Dortmund” Münxendəki məğlubiyyət nəticəsində iki pillə geriyə - dördüncü sıraya düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə