Azərbaycanın amputant millisi növbəti oyununu keçirib

Azərbaycan yığması Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda növbəti oyununu keçirib.

SİA xəbər verir ki, komanda İsrail kollektivini sınağa çəkib. "ASCO Arena"da təşkil olunan matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ötən gün keçirilmiş açılış oyununda Belçikanı 3:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 19-da Niderland və Ukrayna seçmələri ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə