"Neftçi" klubu yeni transferini açıqlayıb. SİA-nın verdiyi məluamata görə, paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı Vensan Abubakarla müqavilə imzalanıb.
Klub sosial şəbəkə səhifələrində kamerunlu futbolçu ilə bağlı video paylaşıb.
Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri qardaş ölkənin digər təmsilçisi "Hatayspor" olub.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə