İspaniyalı məşqçi Rafael Benites Yunanıstanın "Panatinaikos" klubunu çalışdıra bilər. SİA Yunanıstan mətbuatına istinadən xəbər verir ki, hazırda paytaxt Afinada olan 65 yaşlı mütəxəssis klub rəhbərliyi ilə danışıqları davam etdirir.
Məşqçiyə illik 5 milyon avro maaşla 2,5 illik müqavilə təklif olunduğu və tərəflərin müqavilənin son detallarını müzakirə etdiyi bildirilib.
Qeyd edək ki, "Liverpul", "Çelsi" (hər ikisi İngiltərə), "Napoli" (İtaliya), "Real" (İspaniya) kimi klubları çalışdırmış R.Benitesin son klubu 2024-cü ildə La Liqa təmsilçisi "Selta" olub.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə