Misli Premyer Liqasının VIII turunda bu gün daha iki görüş baş tutacaq. SİA-nın verdiyi məlumata görə, "Qəbələ" Qubada "İmişli" ilə qarşılaşacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək. "İmişli" hazırda 8 xalla səkkizinci pillədə qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 4 xalı var.
Günün son matçı Sumqayıt şəhər stadionunda baş tutacaq. "Sumqayıt" doğma meydanda "Karvan-Yevlax"la üz-üzə gələcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Sumqayıt komandası hazırda 11 xalla 6-cı pillədə qərarlaşıb. 10-cu yerdə olan "Karvan-Yevlax" isə 5 xala malikdir.
Misli Premyer Liqası
I dövrə, VIII tur
18 oktyabr
14:30. "İmişli" – "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba Olimpiya İdman Kompleksinin stadionu
18:00. "Sumqayıt" – "Karvan-Yevlax"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. VIII tura oktyabrın 19-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə