“Qarabağ” “Turan Tovuz”a qalib gələrək liderliyə yüksəlib

Futbol üzrə Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”la qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində 55-ci dəqiqədə Nəriman Axundzadə, 63-cü dəqiqədə Abdullah Zubir fərqləniblər. "Turan Tovuz"un yeganə qoluna isə 40-cı dəqiqədə Alexandro Serrano imza atıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “köhlən atlar” turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Turan Tovuz" isə 15 xalla ikinci sırada yer alıb.

Günün ilk görüşündə “Kəpəz” “Şamaxı”nı 4:1 hesabı ilə üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə