İngiltərə Premyer Liqası oyunçularının fantastik dəyəri AÇIQLANDI

"Transfermarkt" Avropanın futbol çempionatlarındakı oyunçuların ümumi dəyərləri ilə bağlı yeni siyahı dərc edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda qitənin ən dəyərli çempionatı İngiltərə Premyer Liqasıdır.

Yay transfer pəncərəsindən sonra sözügedən liqadakı oyunçuların ümumi dəyəri 756,25 milyon avro artaraq 12,78 milyard avro olub. Çempionatın ən bahalı komandası "Arsenal" olaraq qalır - 1,21 milyard avro. "Mançester Siti" isə 1,21 milyard avro ilə 2-cidir.

Qitənin 2-ci ən dəyərli liqası İspaniya La Liqasıdır - 5,57 milyard avro. 3-lüyü İtaliya A seriyası tamamlayır - 5,44 milyard avro.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə