Oktyabrın 20-dən 27-dək Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı keçirilicək. Azərbaycan Güləş Federasiyasından SİA-ya bildirilib ki, ilin son dünya çempionatında iştirak edəcək heyət açıqlanıb.
Dünya çempionatına yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Elmir Əliyev (55 kiloqram), İlkin Qurbanov (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Əli Quliyev (97 kiloqram) və Ayxan Mərdanov (130 kiloqram) mundialda iştirak edəcək.
Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Heyətdə Əsmər Cankurtaran (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Nərgiz Səmədova (57 kiloqram), Günay Qurbanova (59 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Ruzanna Məmmədova (65 kiloqram) yer alıb.
Yarışın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Muhəmmədəli Əlizadə (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Ayxan Abdullazadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Maqomed-Başir Xaniyev (74 kiloqram), Fərid Cabbarov (79 kiloqram), Ali Tsokayev (86 kiloqram), Sadiq Mustafazadə (92 kiloqram), Zəfər Əliyev (97 kiloqram) və Xetaq Karsanov (125 kiloqram) uğur qazanmağa çalışacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.
Dünya çempionatında I-S kateqoriyalı hakim Asif Şirəliyev, eləcə də I kateqoriyalı referilər Kamran Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə