Milli Paralimpiya Komitəsi Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığı gücləndirir
Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərlikləri arasında görüş keçirilib. MPK-dən SİA-ya bildirilib ki, görüş zamanı MPK və ACF arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bunun nəticəsi olaraq ölkəmizdə yeni paracüdoçu nəslinin formalaşdırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.
ACF-in illik yarış təqvimində federasiya ilə komitə tərəfindən əvvəlcədən müəyyənləşdiriləcək paytaxt və regional turnirlərdə paracüdo yarışlarının keçirilməsi, paracüdoçuların ACF-in infrastrukturundan istifadəsi, məşqçilərin təcrübə mübadiləsi və paracüdonun təbliği istiqamətində hər iki qurumun birgə həyata keçirə biləcəyi planlar üzrə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə