Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqası oyunlarının təqvimi açıqlanıb

Oktyabrın 17-də Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start veriləcək. AFFA-dan SİA-ya bildirilib ki, üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar. Oyunlar “Bayıl Arena”da keçiriləcək.

C qrupunun oyunlarının təqvimi:

17 oktyabr

13:00. Azərbaycan – Belçika

15:00. İsrail – Ukrayna

17:00. Niderland – Belçika

18 oktyabr

11:00. Ukrayna – Niderland

13:00. Azərbaycan – İsrail

15:00. Ukrayna – Belçika

17:00. İsrail – Niderland

19 oktyabr

11:00. Azərbaycan – Niderland

15:00. Belçika – İsrail

17:00. Azərbaycan - Ukrayna

Bütün xəbərlər Facebook səhifəmizdə