Argentina milli komandasının və "İnter Mayami"nin kapitanı Lionel Messi yeniyetmələr arasında futbol turniri təsis edib. SİA xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Ulduz futbolçunun adını daşıyan "Messi Kuboku" dekabrın 9-dan 14-dək Mayamidə keçiriləcək. Argentinanın “River Pleyt” və “Nyuells Old Boyz”, “İnter Mayami”, İspaniyanın “Barselona” və “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, eləcə də İtaliyanın “İnter” klublarının U-16 komandaları artıq turnirdə öz iştiraklarını təsdiqləyib.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, əvvəllər "Barselona" və PSJ-nin də formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB