"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçını keçirəcək. SİA xəbər verir ki, B qrupunda yer alan komanda Bakıda Almaniya təmsilçisi "Alba"nı sınağa çəkəcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv keçirdiyi ilk matçda Çexiyanın "Nimburk" klubuna 93:65 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə