Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya ilə heç-heçə edib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində 4-cü oyununa çıxıb.
SIA xəbər verir ki, B qrupunda yer alan yığma Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da keçirilən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra Azərbaycan millisi B qrupunda xallarının sayını 2-yə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə