Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb. SİA xəbər verir ki, son yarış günündə Azərbaycanın daha 2 cüdoçusu fəxri kürsüdə yer alıb.
90 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Murad Fətiyev beş aylıq fasilədən sonra qayıdışını gümüş medalla qeyd edib. Ən ağırların mübarizəsində isə Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıb. Bu, 21 yaşlı cüdoçumuzun Dünya Turu Seriyasında qazandığı ilk medal kimi əlamətdar olub.
Beləliklə, milli komanda beynəlxalq turniri 7 medalla tamamlayıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) gümüş, Rəşad Yelkiyev, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), Ömər Rəcəbli (81 kiloqram) və Könül Əliyeva (48 kiloqram) bürünc mükafat qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə