Azərbaycanın U-17 yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxır

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununa çıxacaq. SİA xəbər verir ki, 9-cu qrupda yer alan yığma sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Fransanın Kapbreton şəhərində yerləşən “Burye” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə