Boksçu Cey Opetaya bu il üçüncü döyüşünü keçirəcək. IBF versiyası üzrə çempion titul sahibi dekabr ayında Hüseyn Cinkaraya qarşı titulu uğrunda rinqə çıxacaq. SİA xəbər verir ki, döyüş dekabrın 6-da Avstraliyada baş tutacaq. Gələcəkdə superağır çəki dərəcəsinə keçməyi planlaşdıran Opetayanın peşəkar rinqdə 28 döyüşdə 28 qələbəsi var, onlardan 22-si nokautla qazanılıb. Cinkaranın aktivində isə 23 döyüş və 23 qələbə (19-u nokautla) var.
Bütün xəbərlər Facebook səhifəmizdə