Gərgin oyun keçirəcəyimizi qabaqcadan bilirdik. SİA xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, futbolçularda yorğunluq olduğunu bildirib: “Oyunçularımız xarakter nümayiş etdirdilər. Çox sağ olsunlar ki, əllərindən gələni etdilər, yaxşı mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Belə komandalara qarşı oynamaq gələcəyimiz üçün çox önəmlidir. Futbolçulardan inamlı çıxış göstərmələrini istəmişdik və bu gün bunu bacardılar. Bəlkə də rəqibdən xal ala bilərdik. Matçın ilk 10-15 dəqiqəsi çox çətin keçdi. Amma bu görüşdən sonra gələcəyə daha nikbin baxırıq. Çünki potensial görürük. İstək olan yerdə nəticə də olur. Evdə iki oyunumuz olacaq. Həmin matçlara hazırlaşacağıq. Xallarımızı artırmaq üçün çalışacağıq”.
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə