DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib. SİA xəbər verir ki, A qrupunda Almaniya səfərdə Şimali İrlandiyaya minimal hesabla qalib gəlib, Slovakiya evdə Lüksemburq üzərində inamlı qələbə qazanıb.
B qrupunda İsveç öz meydanında Kosovoya uduzub, Sloveniya - İsveçrə görüşündə qapılara qol vurulmayıb.
D qrupunda Azərbaycan millisi səfərdə Ukrayna seçməsinə məğlub olub, Fransa yığması isə İslandiya ilə səfər oyununda xal itirib.
Nəhayət, J qrupunda Belçika səfərdə Uelsi üstələyib, Şimali Makedoniya isə doğma meydanda Qazaxıstanla heç-heçə edib.
DÇ-2026
Seçmə mərhələ
13 oktyabr
A qrupu
22:45. Şimali İrlandiya - Almaniya - 0:1
22:45. Slovakiya - Lüksemburq - 2:0
B qrupu
22:45. İsveç - Kosovo - 0:1
22:45. Sloveniya - İsveçrə - 0:0
D qrupu
22:45. İslandiya - Fransa - 2:2
22:45. Ukrayna - Azərbaycan - 2:1
J qrupu
22:45. Uels - Belçika - 2:4
22:45. Şimali Makedoniya – Qazaxıstan - 1:1
Bütün xəbərlər Facebook səhifəmizdə