Arda Turan Ukrayna-Azərbaycan oyununda

"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Arda Turan DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna və Azərbaycan yığmaları arasında keçirilən IV tur oyununu canlı izləyir. SİA xəbər verir ki, türkiyəli mütəxəssis Donetsk təmsilçisinin idman direktoru Dario Srna ilə birlikdə Yuzef Pilsudski adına arenada oynanılan matça tribunadan tamaşa edir.

Bir müddət əvvəl A.Turanın "Qarabağ"da çıxış edən Toral Bayramovla yaxından maraqlandığı, onu öz komandasında görmək istədiyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda hesab bərabərdir - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə