Azərbaycan millisini Ukrayna ilə Polşadakı oyunda 100-dən çox azarkeş dəstəkləyəcək
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Ukrayna ilə qarşılşacaq Azərbaycan millisi dəstəksiz qalmayacaq. Bu barədə SİA-ya AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.
O, Polşada baş tutacaq görüşdə yığmanı 100-dən çox azarkeşin dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə