Azərbaycan Basketbol Liqasında III turun bir oyunu təxirə salınıb

Azərbaycan Basketbol Liqasının III turunda keçirilməli olan "Neftçi" - "Gəncə" oyunu təxirə salınıb. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.

III turun görüşləri oktyabrın 17-19-u aralığında baş tutacaq.

Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun əsas mərhələsinin I turunda Estoniyanın "Kalev" klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə