Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub - FOTOLAR

İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-də Arzu Urşanın "Arzunun ardınca" ("Following the Dream") filmi "Documentary – Individual Sport" kateqoriyasının qalibi olub. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə