Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.
SİA xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb. Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub. Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.
Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə