DÇ-2026: Fransa-Azərbaycan oyununda ilk hissə başa çatıb

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ilk hissə başa çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rəqib “Park de Prens” stadionunda oynanılan görüşün fasiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.

Qolu 45+2-ci dəqiqədə Kilian Mbappe vurub.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə