21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. SİA xəbər verir ki, yığma Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniyadan olan baş hakim Yovan Kaçevski idarə edəcək.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla isə 1:1 hesablı heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə