DÇ-2026: Azərbaycan millisi bu gün seçmə mərhələdə Fransa ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, D qrupunda yer alan yığma yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Parisdə Fransa seçməsinin qonağı olacaq. “Park de Prens” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçın baş hakimi norveçli FIFA referisi Rohit Saqqi olacaq.

İlk 2 turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda Ukrayna ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Fransa yığması 6 xalla liderdir. İslandiya seçməsi isə 3 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukrayna kollektivinə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə