PSJ “Barselona”nın ispaniyalı vinqeri Lamin Yamal ilə maraqlanır. SİA xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Paris klubu 18 yaşlı futbolçu üçün 230 milyon avro ödəməyə hazırdır ki, bu da futbol tarixində rekord transfer olacaq. Hazırda rekord məbləğ Neymarın adına aiddir. o, 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçmişdi. 2025/26 mövsümündə Lamin Yamal klub səviyyəsində 5 matçda çıxış edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun qiymətini 200 milyon avro kimi qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə