Azərbaycan amputant futbolçular arasında Millətlər Liqasının oyunlarına ev sahibliyi edəcək
Amputant futbolu üzrə 2025-ci il Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək. SİA xəbər verir ki, matçlar oktyabrın 17-19-da təşkil olunacaq.
Açılış mərasimi oktyabrın 17-də “ASCO Arena”da olacaq və saat 11:30-da başlayacaq.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB