Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün yekun vurulacaq. SİA xəbər verir ki, sonuncu yarış günündə bədii gimnastika üzrə növbəti medalçılar müəyyənləşəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək finallar saat 12:00-da start götürəcək.
Bu gün, həmçinin Oyunların bağlanış mərasimi baş tutacaq. Gəncə stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.
Sentyabrın 26-da start götürən Oyunlarda 13 ölkədən 1 624 idmançı mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə