Yunan-Roma güləşi yığmamız 3-cü qızıl medalı əldə edib

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

SİA xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi İslam Sultanov (71 kiloqram) finalda belaruslu Zaxar Tserasxouya ilə qarşılaşıb.

Rəqibini 3:0 hesabı ilə məğlub edən idmançımız qızıl medala sahib çıxıb.

Daha əvvəl Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram ) və Nihat Tağıyev (65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə