“Yarış əla səviyyədə təşkil olunmuşdu. Güclü rəqiblərlə üz-üzə idik. Bütün qarşılaşmalarda əlimizdən gələni etdik, finala kimi gəldik. Təəssüf ki, finalda məğlub olduq.
SİA-nın məlumatına görə, bunu qılıncoynatmanın sablya növü üzrə Azərbaycanın yığmasının üzvü Fərəh Abbasova deyib.
İdmançı belə bir yarışda iştirakın özü və komanda yoldaşları üçün yaxşı təcrübə olduğunu bildirib: “Üzərimizdə çalışaraq, daha böyük təcrübə qazanmalıyıq. Səhvlərimizdən nəticə çıxarmalıyıq. İnanırıq ki, gələn yarışlarda qızıl medal qazanacağıq”.
Qeyd edək ki, qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında 2-ci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə