"MDB Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan idmanı üçün çox böyük addımdır" - ŞƏRH EDİLDİ

"MDB Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan idmanı üçün çox böyük addımdır". Bu sözləri SİA-ya açıqlamasında parataekvondçu İmaməddin Xəlilov deyib.

Onun sözlərinə görə, belə yarışlar həm idmançılarımıza, həm də gənclərimizə böyük ruh, motivasiya və inam verir. Açılış mərasimində Prezident İlham Əliyevin iştirakı da bu tədbirin nə qədər önəmli olduğunu bir daha göstərdi: "Bu, həm də dövlətimizin idmanın inkişafına verdiyi dəyərin bariz nümunəsidir. Bu cür yarışlar təkcə idmançılar arasında dostluq və birliyi gücləndirmir, eyni zamanda ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artırır. Azərbaycanın MDB Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi göstərdi ki, ölkəmiz artıq idman sahəsində də böyük tədbirlərin mərkəzinə çevrilib.

Bu oyunlar təkcə bir yarış deyil, həm də gənclərimiz üçün əzm, səbr və birlik nümunəsidir. Bu atmosferi hiss etmək, arenalarda idmançılarımızın mübarizəsini izləmək hər birimizi qürurlandırır. Belə anlar bizə xatırladır ki, zəhmət, iradə və əzmkarlıqla hər bir məqsədə çatmaq mümkündür. MDB Oyunları bir daha sübut etdi ki, Azərbaycan idmanı regionda lider mövqedədir və ölkəmiz istənilən beynəlxalq tədbiri yüksək səviyyədə təşkil edə bilir. Bu, həm idman, həm də milli birlik baxımından mühüm nailiyyətdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə