Şpaqa üzrə Azərbaycan millisi finala yüksəlib - III MDB Oyunları

III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycanın şpaqa üzrə oğlanlardan ibarət millisi yarımfinalda Özbəkistanla qarşılaşıb.

Rəqibini 42:37 hesabı ilə üstələyən millimiz həlledici görüşə vəsiqə qazanıb.

Milli komandamız finalda Rusiya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə