Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına yekun vurulub. Finalda Azərbaycan millisi Özbəkistan komandası ilə qarşılaşıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, matçın start fitindən əvvəl Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Maraqlı keçən görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız III MDB Oyunlarının qalibi olub.
Qeyd edək ki, III MDB Oyunları çərçivəsində sentyabrın 28-dən oktyabrın 7-dək davam edən çövkən üzrə yarışda 6 ölkənin – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt yığmaları mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, Azərbaycan millisi birinci, Özbəkistan komandası ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə