Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb

III MDB Oyunları çərçivəsində qılıncoynatma yarışları davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycan təmsilçisi Mirxətai Məmmədov yarımfinala yüksəlib. İdmançı finala gedən yolda rusiyalı rəqibi Roman Selyutinə uduzub və bürünc medalla kifayətlənib.

Bununla da Azərbaycan qılıncoynadanlarının III MDB Oyunlarında qazandıqları medal sayı 6-ya çatıb. Medalların hər biri bürünc əyarlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə