Tamblinq üzrə Azərbaycan millisinin üzvü Dünya Kuboku seriyasının qalibi olub

Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Dünya Kuboku seriyasının qalibi olub. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, 3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilən mövsümün son Dünya Kubokunda idmançımız 29.200 xalla qızıl medal qazanıb.

Adil Hacızadə isə 26.800 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələrə görə, eləcə də sonuncu yarışı birinciliklə başa vurduğu üçün Dünya Kuboku seriyasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə