Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb. SİA xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir cüdoçusu fəxri kürsüyə qalxıb. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, dünya çempionatına 65 ölkədən 463 idmançı qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə