"Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes karyerasını İngiltərədə davam etdirə bilər. SİA xəbər verir ki, bu barədə “CaughtOffside” nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssis agentlərinə Səudiyyə Ərəbistanı Pro Liqası klublarından gələn təklifləri rədd etməyi tapşırıb. Xavi “Mançester Yunayted” rəhbərliyi hazırkı baş məşqçini dəyişmək qərarı versə, komandaya rəhbərlik etməyi planlaşdırır. Buna görə işsiz qalmağı gözə alıb.
Xavi Yaxın Şərqdən bir neçə cəlbedici təklif alsa da, onları rədd edib, çünki gələcəyini Avropa futbolunda görür.
Xatırladaq ki, mövsümə qeyri-sabit nəticələrlə başlayan “Mançester Yunayted”in hazırkı baş məşqçisinin gələcəyi sual altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə