Yarışlar idmançılar üçün çox yaxşı təcrübə oldu

Biz çox şadıq ki, III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışlarında iştirak etdik. Hər şey yaxşı idi. Xüsusən təşkilatçılıq yüksək səviyyədə idi. Medal qazanmasaq da bu bizim idmançılar üçün çox yaxşı təcrübə oldu.

SİA-nın məlumatına görə, bunu III MDB Oyunlarının Xankəndi şəhərində təşkil olunan kamandan oxatma yarışında iştirak edən Qırğızıstandan olan məşqçi Eliza Tynaliyeva deyib.

“Biz burada Qarabağın özəlliyini hiss etdik. Bura çox gözəldir. Təbiət də, insanlar da. Hər şeyə görə təşəkkür edirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları başa çatdıqdan sonra idmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan Şuşa şəhərinə səfər ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə