Azərbaycanın avarçəkmə komandası növbəti medalını əldə edib

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Mingəçevirdə kanoe və avarçəkmə yarışlarına start verilib. SİA xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan komandasının heyətində ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib və bürünc medalla kifayətlənib.

Daha əvvəl Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə