III MDB Oyunlarının medal sıralamasında Azərbaycan ikinci yerdədir

III MDB Oyunlarının medal sıralamasında Azərbaycan ikinci yerdədir

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir. SİA xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 157 (89-40-28) medalla liderdir.

Azərbaycan isə 139 medalla ikinci pillədə qərarlaşıb: 23 qızıl, 44 gümüş və 72 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 84 (20-23-41) medal.

Bu günə qədər III MDB Oyunlarında 9 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə