İngiltərə Premyer Liqası: "Çelsi" öz meydanında "Liverpul"u məğlub edib
İngiltərə Premyer Liqasında VII turun mərkəzi oyunu keçirilib.
SİA xəbər verir ki, "Çelsi" öz meydanında son çempion "Liverpul"u qəbul edib. Görüş London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu meydan sahibləri vurublar. Moyses Kaysedo 14-cü dəqiqədə "doqquzluğ"u dəqiq nişan alıb. Qonaqların heyətində Kodi Qakpo hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Eştevau qoyub.
Bu nəticədən sonra "Liverpul" 15 xalla 2-ci, "Çelsi" 11 xalla 6-cıdır. Hər iki komanda UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibidir.
Bütün xəbərlər Facebook səhifəmizdə