"Mançester Yunayted” baş məşqçi Ruben Amorimlə əlaqədar qərar qəbul edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Komanda bu gün İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində "Sanderlend"ə udduzsa belə, klub rəhbərliyi rəhbərliyi mütəxəssisi istefaya göndərməyəcək .
"Mançester Yunayted"in sahibi Cim Ratkliff “qırmızı şeytanlar”ın idman rəhbərliyini dinləsə də, Amorimin gələcəyi ilə bağlı yekun qərar Ratkliffin öhdəsində olacaq. Hazırda britaniyalı iş adamı hesab edir ki, portuqaliyalı məşqçi cari mövsüm bitmədən qovulmamalıdır. O, başa düşür ki, Amorim qismən yeni heyətlə işləyir və hələ də öz futbol fəlsəfəsini oyunçulara çatdırmağa çalışır.
İngiltərə çempionatının 6 turundan sonra "Mançester Yunayted" 7 xalla 14-cü yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə