FHN MDB Oyunlarında avarçəkmə yarışlarının təhlükəsizliyi ilə bağlı gücləndirilmiş rejimdə işləyir

Azərbaycanda keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi müvafiq məkanlarda sularda təhlükəsizlik və mümkün xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. SİA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, xidmət tərəfindən Kür çayının Mingəçevir şəhəri sahilinə düşən hissəsində keçirilən avarçəkmə yarışlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, o cümlədən xilasedici qayıqlarla xidmət aparılır.

Bundan əlavə, kiçikhəcmli gəmilərin dayanacağı üçun baza, qurğu və yanalma körpülərindən təhlükəsiz istifadə ilə bağlı Xidmətin mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinqlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə