"Benfika" klubunun məşqçilər korpusu və bir neçə futbolçusu virusa yoluxub

Portuqaliyanın "Benfika" klubunun məşqçilər korpusu və bir neçə futbolçu virusa yoluxub. SİA xəbər verir ki, bu barədə ölkənin "A Bola" nəşri məlumat yayıb.

Həmin şəxslərdə əsas simptomlar baş və əzələ ağrılarıdır.

Bu, Portuqaliya çempionatının VIII turunda "Portu" ilə matçdan əvvəl klub rəhbərliyini ciddi narahat edir. Qarşılaşma oktyabrın 6-da Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.

Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Qarabağ"a 2:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə