Azərbaycan boksçuları MDB Oyunlarının finalında 11 təmsilçi ilə mübarizə aparacaqlar.
SİA xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində bu gün keçirilən yarışlarda oğlan idmançılar final uğrunda mübarizə aparıblar.
Görüşlərin yekununa əsasən, Azərbaycan millisinin 5 boksçusu həlledici mərhələyə adlayıb, 9 idmançımız isə bürünc medalla kifayətlənib.
Beləliklə, finala yüksələn boksçularımızın sayı 11-ə çatıb. Daha əvvəl 6 qadın idmançımız da həlledici görüşə vəsiqə qazanmışdı.
Ümumilikdə komandamızın 13 üzvü üçüncü yerlə kifayətlənib, bunlardan 4-ü qadın boksçuların payına düşür.
Qeyd edək ki, qadın boksçuların final görüşləri oktyabrın 4-də, kişilərin yarışı isə oktyabrın 5-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə