MDB Oyunları: Azərbaycanın bir güləşçisi ilk gündə qızıl medal qazanıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının güləş yarışlarında ilk gün başa çatıb.

SİA xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışların birinci günündə Azərbaycan təmsilçisi Nihad Abasov (71 kiloqram) qızıl medal qazanıb.

Nəzrin Əhmədli (46 kiloqram), Hacıhüseyn Əhmədzadə (51 kiloqram), Rəşid Nəzərov (60 kiloqram) gümüş, Xədicəxanım Talıbova (53 kiloqram), Hüseyn Rzazadə (45 kiloqram) və Amin Abasov (92 kiloqram) bürünc medal əldə ediblər.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə