Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışları davam edir.
SİA xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışların birinci günündə Azərbaycanın daha iki təmsilçisi fəxri kürsüyə qalxıb. Nəzrin Əhmədli (46 kiloqram) və Hacıhüseyn Əhmədzadə (51 kiloqram) gümüş medal qazanıblar.
Daha əvvəl Hüseyn Rzazadə (45 kiloqram) Oyunların bürünc mükafatına sahib çıxıb.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə