Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının futbol yarışlarında bürünc medal uğrunda oyun keçirilib.
SİA xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Belarus millisi Tacikistana 2 cavabsız qolla qalib gəlib.
Bu nəticədən sonra Belarus yığması turniri 3-cü, Tacikistan isə 4-cü pillədə tamamlayıb.
Günün ilk matçında Özbəkistan Qırğızıstana 2:0 hesabı ilə qalib gələrək 5-ci olub.
Qeyd edək ki, final matçı oktyabrın 4-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə